Ayirdi Xalqindan Ölüm Telmani
Ömrünün 57-ci baharında dünyasını
dəyişən sevimli aktyorumuz
Telman Adıgözəlova ithaf etdiyim şeir
AYIRDI XALQINDAN ÖLÜM TELMANI
Sənətkar ölməzdir deməyin hanı,
Tarixi vərəqlə yaxından tanı,
Böyük sənətkarın səhnədir canı,
Gözü götürmədi bu adı, sanı,
Ayırdı xalqından ölüm Telmanı.
Neçə gündür ərənlər yas saxlayır,
Qadınlar başına qara bağlayır,
Ardınca gör neçə yanan ağlayır,
Matəmə bürüyüb Azərbaycanı,
Ayırdı xalqından ölüm Telmanı.
Üzündə təbəssüm, qəlbində kədər,
Mərdanə yaşadı ölənə qədər,
Əzəldən belədir kim bilmir məgər?!
Məzar ki çox sevir yaxşı adamı,
Ayırdı xalqından ölüm Telmanı.
Gecəni yaşadı, açmadı sabah.
O Tanrı evinə apardı pənah,
Əlli yeddi yaş nə idi ki, Allah,
Əbədi tərk etdi fani dünyanı,
Ayırdı xalqından ölüm Telmanı.
Teatr ölməyib ki, dünyadan köçə,
Onsuz çox darıxır gəzdiyi küçə,
Qəlbində dəfn oldu gör neçə-neçə,
Həyata keçmədən arzusu, kamı,
Ayırdı xalqından ölüm Telmanı.
Dünya imtahandı ömür bir sınaq,
İlahi sakindi bəndələr qonaq,
Görən necə qıydı bu qara torpaq,
Kəfənə bələyib sadə insanı,
Ayırdı xalqından ölüm Telmanı.
Bir ucu Qarabağ, bir ucu Şirvan,
Bir yanda Mil düzü, bir yanda Muğan,
Dözmür Balakənin, dözmür Naxçıvan,
Yandırdı bu itki, eli obanı,
Ayırdı xalqından ölüm Telmanı.
19 04 2010
ADMİU-nin Sənətşünaslıq fakültəsi,
Teatşünaslıq ixtisasının II kurs tələbəsi
Roma Xosrov
Cox cox gözel bir se´r di.. Evvela Allahtan Telman Adigözelova Rehmet diliyirem. Mende onun senetine özüne heyrandim..😅 Ne yaziqki aramizdan ayrildi.. Ruhu $ad olsun.. Sizinde qeleminiz var olsun .. Cox gözel yazmisiniz.. Tesekkürler ..
👍👍👍