Sevilmedi Bu Yürek

Sevməsən də, sevirəm,sevgi məni yaşadır,
Qəlbimdə ürkək eşqin saf duyğular oyadır,
Cazibəsi ətrafa min rəng verən boyadır,
Sevgim 'Eşq ormanında' cücərən xırda çiçək,
Sevilmedi bu yürek!

Xəyal doğrunu sevir, güman yalandan qaçır,
Düz düzə yol yoldaşı, yalan yalandan qaçır,
Mələk yalandan qaçır, şeytan yalandan qaçır,
Saf sevgidə əzizim nə fırıldaq, nə kələk,
Sevilmedi bu yürek!

Eşqim büküb boynunu,qəlbin uçuq damında,
Sən də yoxsan bu eşqin dəfn izdihamında,
Sarılacam anama səkkiz mart bayramında,
Bəxt üzüyün verəcəm ona ümidsiz, kövrək,
Sevilmedi bu yürek!

Çox sonsuzluq gizlənir, cəmi birin içində,
Sevgi dildə dəfn olur, insan yerin içində,
Nə biləsən kiməm mən, adilərin içində,
Zaman-zaman bu külək, aram-aram əsəcək,
Amma,amma nə edək,
Sevilmedi bu yürek!!!

16 Nisan 2010 3 şiiri var.
Yorumlar